12 MART
1991-ci il. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaradılıb.
Həmin ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart - Daxili Qoşunlar Günü elan olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 zabit və əsgəri qəhrəmancasına həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1906-cı il. Xalq Şairi Süleyman Rüstəmin doğum günü (1906-1989). 1938-ci ildən sonra bütün çağırışlarda Azərbaycan SSR Ali Sovetinə deputat olub. Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru işləyib. “Cənub şeirləri” ilə daha çox tanınır.

1933-cü il. Xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cabir Novruzun doğum günü (1933-2002). Xızı rayonunda anadan olan Cabir Novruz “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Şeirlərinə bir çox populyar mahnılar bəstələnib.

1992-ci il. Azərbaycan ilə İran arasında diplomatik əlaqələr qurulub. İran Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.

2001-ci il. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə imzalanıb.

1365-ci il. Tarixin ən qədim universitetləri sırasında üçüncü yeri tutan Vyana Universiteti yaradılıb. Avstriya hersoqu IV Rudolf tərəfindən əsası qoyulan bu ali təhsil ocağı təsisçinin şərəfinə Alma Mater Rudolphina adlandırılıb.

1881-ci il. Fransa Tunisi işğal edib. Tunis 1956-cı ildə müstəqilliyini qazanıb.

1938-ci il. Alman qoşunları Avstriyanı işğal edib.

1940-cı il. Sovet-Fin müharibəsi başa çatıb. Müharibə cəmi bir il sürüb.