MƏDƏNİYYƏT


Gənc xanəndəmiz Qüdsdə solo konsert verib

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cahangir Səlimxanovun təqdimatı ilə konservatoriyanın 3-cü kurs tələbəsi, 6-cı muğam televiziya müsabiqəsinin “Qran-Pri” mükafatçısı, AzTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, gənc xanəndə Almaxanım Əhmədli Qüdsdə solo konsert verib.

AZƏRTAC xəbər verir ki, Qüds Milli Konservatoriyasının dəvəti ilə reallaşan tədbir elə konservatoriyanın konsert salonunda keçirilib. Xanəndəni gənc istedadlı tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə “Muğam” qrupu müşayiət edib. Almaxanımın ifa etdiyi muğam, təsnif və xalq mahnılarından ibarət 90 dəqiqəlik kompozisiya ərəb tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. İstedadlı musiqiçilər Təbriz Yusifov (kamança), Aysu Sadıqova (kanon) və Elnur Əliyev (nağara) yüksək məharət və peşəkarlıqla milli musiqimizi təbliğ ediblər.

Almaxanım Əhmədli və “Muğam” qrupu Qüds Milli Konservatoriyasının fəxri fərmanı ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.