CƏMİYYƏT
Nəsimi rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin rejimi qaydalarını pozaraq kafedə olduqları aşkarlanıb. Obyektin sahibi və müştərilər saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.