SİYASƏT
“Al Jazeera” telekanalı Tərtər rayonundan reportaj hazırlayıb VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
“Al Jazeera” telekanalı Tərtər rayonundan reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kanalın Tərtərə ezam olunmuş müxbiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verir, rayonun ağır artilleriya hücumuna məruz qaldığını bildirir.
Reportajda mülki infrastruktura da hücum edildiyi, ölənlər və yaralananların olduğu vurğulanır. Mülki infrastruktura, yaşayış binalarına dəyən ziyanla bağlı görüntülər təqdim edilir. Qeyd olunur ki, Azərbaycan tərəfi Ermənistanın 30 ildən bəri işğal altında saxladığı əraziləri azad etməyə çalışır. Ermənistan ordusu yaşayış yerlərinə, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edir. Toqquşmalar davam edir. Görünən budur ki, müharibə başlanıb və nə vaxt bitəcəyi məlum deyil.