Ermənilərin daha bir texnikası ələ keçirilib FOTO VİDEO
Füzuli, 1 oktyabr, Aydın Yavər, AZƏRTAC
Ermənilərin daha bir texnikası ələ keçirilib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını - URAL markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.
Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl düşmənin 1 URAL və 1 UAZ markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.