SİYASƏT
Müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir VİDEO
Madrid, 13 dekabr, AZƏRTAC
Müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir.
Bunu AZƏRTAC-a müsahibəsində İspaniyanın tanınmış Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun direktoru Migel Alvares de Eulate i Moreno söyləyib.
M.Moreno deyib: “Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Hamımıza məlumdur ki, Azərbaycanda sabitliyin bərqərar edilməsində, xalqın qədim zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid