Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar


Xocavənd, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 17-də media nümayəndələri işğaldan azad olunmuş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
Bu ərazilər Ermənistan tərəfindən 1992-ci ildə işğal edilmişdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində başlatdığı “Dəmir yumruq” əməliyyatı nəticəsində ötən il işğaldan azad olunub.