18 APREL
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli Fərmanı ilə Yanacaq və Energetika Nazirliyi yaradılıb. Nazirliyin adı 2004-cü il dekabrın 6-da dəyişdirilərək Sənaye və Energetika Nazirliyi adlandırılıb. Azərbaycan Prezidentinin 2013-cü il 22 oktyabr tarixli Sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılıb. Energetika Nazirliyi yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Həmin gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

1945-ci il. İkinci Dünya müharibəsi zamanı ABŞ Yaponiyanın paytaxtı Tokioya ilk hava zərbəsi endirib. Yarı hərbi, yarı siyasi xarakterli bu hücum Amerika üçün psixoloji qələbə, həmin vaxta qədər məğlubiyyət tanımayan Yaponiya imperiyası üçün isə ilk ciddi zərbə idi.

1946-cı il. Millətlər Liqası fəaliyyətini dayandırıb. Birinci Dünyа mühаribəsini bаşа çаtdırmаq üçün 1919-cu il аprеlin 28-də Pаrisdə kеçirilən sülh dаnışıqlаrının yеkunundа yаrаdılan Millətlər Liqаsı təəssüf ki, sülh və təhlükəsizliyin qоrunmаsındа səmərəsiz оldu. Fəaliyyət göstərdiyi 26 il ərzində yol verilən səhvlər bu qurumun dağılmasına təsirsiz ötüşmədi.

1951-ci il. Avropa Polad və Kömür Birliyinin yaradılması haqqında Paris müqaviləsi imzalanıb. Bu qurum Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən yaradılıb və bununla da Avropa İttifaqının təməli qoyulub.

1961-ci il. Diplomatiya hüququ sahəsində əsas beynəlxalq müqavilələrdən biri - “Diplomatik əlaqələr” haqqında Vyana Konvensiyası imzalanıb. 1964-cü ildə qüvvəyə minən bu Konvensiya diplomatiya hüququnun bütün əsas məsələlərini - diplomatik missiyaların növlərini və funksiyalarını, diplomatik nümayəndəliyin rəhbərinin təyin edilməsi prosedurunu tənzimləyir, diplomatik imtiyaz anlayışını izah edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:06]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [18:03]