18 MART
2009-cu il. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum keçirilib. Referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər qəbul edilib.

2015-ci il. Bakı Olimpiya Stadionunun açılışı olub. Altı yarusdan ibarət stadion 68 min tamaşaçı tutur. Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda keçirilib.

1994-cü il. Xankəndi şəhəri yaxınlığında erməni hərbi birləşmələri tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulub. Nəticədə 34 diplomat və onların ailə üzvləri həlak olub.

1915-ci il. Çanaqqalada gedən dəniz döyüşlərində ingilis və fransız donanmaları ağır itkilər verərək geri çəkiliblər. Bu hadisə Türkiyə Cümhuriyyətinin tarixinə “Çanaqqala dəniz zəfəri” kimi daxil olub.

1961-ci il. Tarixdə ilk dəfə insan kosmik gəmini tərk edib. Kosmonavt Aleksey Leonov xüsusi hazırlanmış skafandrda “Vosxod-2” gəmisini tərk edərək 12 dəqiqə açıq kosmosda qalıb.

1822-ci il. Gözdən əlillər üçün əlifbanın yaradıcısı, fransalı müəllim Valentin Qayui vəfat edib (1745-1822).
O, tiflopedaqogikanın qurucusu hesab olunur. Relyef-xətt şrifti ilə kitabların çap edilməsi, gözdən əlillərin məktub yazması üçün xüsusi qurğunun, ilk relyef qlobusunun yaradılması da onun adı ilə bağlıdır.