Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü münasibətilə Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitabın təqdimatı olub VİDEO

Roma, 9 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının təqdimatı və Şuşaya həsr olunmuş fotosərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərin keçirildiyi Piazza Spagna Roma Tədbirlər Konqres Mərkəzinin binasının üzərində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” yazılmış və Şuşa qalasının fotoşəkli əks olunmuş böyük baner yerləşdirilib, bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Həmmüəllifləri italiyalı professor Daniel Pommier Vinçelli və azərbaycanlı professor Elçin Əhmədov olan “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə İtaliyanın Sandro Teti Editore nəşriyyat evi tərəfindən italyan dilində nəşr olunub. Kitabın ön sözünün müəllifi tanınmış italyan alimi, tarixçi və publisisti Franko Kardini, son sözünün müəllifi isə İtaliyanın Azərbaycandakı sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kostadır. Son aylar ərzində Azərbaycan və İtaliya tədqiqatçılarının və ekspertlərinin birgə gərgin əməyinin bəhrəsi olan bu kitabda Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. Kitaba Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillərdən ibarət ayrıca fəsillər də daxil edilib. Şuşanın müxtəlif tarixi mərhələlərini, işğaldan əvvəl, işğal vaxtı, azad edilməsindən sonrakı dövrlərini əks etdirən çoxsaylı fotolar, o cümlədən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşaya səfərləri vaxtı çəkilmiş fotolar kitabı xüsusilə zənginləşdirir. Məzmununun və əks olunan materialların əhatəliliyinə görə unikallığı ilə seçilən və Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən bu kitab Şuşa haqqında beynəlxalq oxucuya təqdim olunan ilk əsərdir.

İtaliyanın dövlət qurumlarının, rəhbər-siyasi çevrələrinin, çoxsaylı parlamentarilərin, mədəniyyət, akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin, Romada akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir cari il Şuşada Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” musiqi festivalında gənc xanəndə Kənan Bayramlının ifasında “Bayatı-şiraz” muğamının Şuşa şəhərinin möhtəşəm görüntülərinin əks olunduğu videoyazısının nümayişi ilə başlayıb. Ardınca tədbiri açan aparıcı, italiyalı aktrisası Silvia Salvatori bu musiqinin işğal vaxtı Şuşadan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən didərgin düşmüş azərbaycanlıların keçirdiyi iztirabları və öz torpaqlarına qayıtmaq arzusunu ifadə etdiyi üçün rəmzi məna daşıdığını bildirib.

İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin tədbir münasibətilə Azərbaycanın İtaliyadakı səfirinə göndərdiyi məktubu səsləndirilib. İtaliya Senatının sədri məktubunda tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin zəngin incəsənət və mədəni irsinin ən gözəl şəkildə dəyərləndirilməsinə imkan yaradacağını, Şuşanın yenidənqurma mərhələsinə qədəm qoymasının bütün bölgəyə davamlı sülh, sabitlik və firavanlıq gətirəcəyini arzuladığını bildirib.

Sonra nəşrin italiyalı həmmüəllifi professor Daniel Pommier kitabın əhəmiyyəti barədə danışıb və italyan oxucuya Şuşanın Azərbaycanın milli kimliyinin tərkib hissəsi olmasını nümayiş etdirən faktları əhatə etdiyini deyib.

Tədbir bu il “Xarıbülbül” musiqi festivalında dünya şöhrətli xanəndə Alim Qasımov və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının videoyazısının təqdimatı ilə davam edib. Bundan sonra kitabın azərbaycanlı həmmüəllifi professor Elçin Əhmədovun tədbir iştirakçılarına videoyazısı nümayiş olunub. E.Əhmədov Şuşanın Azərbaycan üçün tarixi önəmi və işğaldan azad olunmasının Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindəki əhəmiyyəti barədə danışıb.

Sonra Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində Füzuli şəhərinin dağıntıları üzərində çəkilmiş skripkaçı Nəsrin Mustafayevanın ifasında Con Uilliamsın “Şindlerin siyahısı” filmindən olan musiqisinin videoyazısı nümayiş olunub. Tədbirin aparıcısı bildirib ki, bu musiqi nömrəsindən göründüyü kimi işğal zamanı Qarabağ və Şərqi Zəngəzur dünyanın ən çox dağıdılmış, talan edilmiş və sivil dünyadan ayrılmış bölgələrindən birinə çevrilib, Azərbaycanın maddi-mədəni irsi soyqırıma məruz qalıb, bu gün Azərbaycan bütün dünyaya musiqinin dili ilə ərazilərinə həyatın yenidən qayıdışı mesajını verir.

Sandro Teti Editore nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın ərsəyə gəlməsi istiqamətində aparılmış iş barədə danışıb, kitabın Şuşa və Qarabağ həqiqətlərinin dünyada, xüsusilə də İtaliyada tanıdılmasına verəcəyi töhfədən bəhs edib, habelə kitabın ön sözünün müəllifi professor F.Kardininin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Ardınca Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində Suqovuşanda çəkilmiş, xalq artisti, pianoçu Murad Hüseynovun ifa etdiyi “İthaf” kompozisiyasının videoyazısı təqdim olunub. Aparıcı vurğulayıb ki, bu musiqini müşayiət edən görüntülərdən göründüyü kimi işğal vaxtı bu ərazilər ekoloji terrora məruz qalıb və Azərbaycanın təbii ehtiyatları talan edilib.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli və İtaliya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Stefano Luçidi Vətən müharibəsi günlərində İtaliyanın Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini, müharibənin bitməsindən sonra Qərb ölkələrindən ilk parlament və hökumət nümayəndə heyətlərinin Azərbaycana məhz İtaliyadan gələrək işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini, bütün bunların iki ölkə arasında yaxın və möhkəm dostluğun bariz nümunəsi olduğunu bildiriblər. Azər Kərimli, habelə bu günlər ərzində Zəfər Günü münasibətilə çoxsaylı italyan parlamentarilərindən göndərilmiş təbrik məktublarına görə təşəkkür edib.

Sonra “Oxuyur Vətən” layihəsi çərçivəsində Qubadlı şəhərinin dağıntıları üzərində lentə alınmış, sözləri Leyla Əliyevaya, musiqisi Nigar Həbibovaya məxsus, müğənni Zabitə Əliyevanın ifasında “Sonsuz aləm” mahnısı nümayiş etdirilib. Aparıcı musiqidə səsləndirilən “İlahi, kömək et ayaq üstə dayanım yenə” sözlərinin rəmzi məna daşıdığını və Azərbaycanın bu gün əsas niyyətinin işğal vaxtı viran edilmiş torpaqlarını canlandırmaq, onlara həyat vermək, məcburi köçkünlərin geri qayıtmasını təmin etmək olduğunu deyib.

Tanınmış italiyalı memar Pietro Laureano son aylarda Şuşaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüb, şəhərin zəngin tarixi memarlıq irsinin işğal dövründə dağıdıldığından söhbət açıb, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə aparılan bərpa işləri kontekstində öz təcrübəsini bölüşüb, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun ümumdünya irs siyahısına daxil edilməli olduğunu bildirib.

Tədbir “Oxuyur Vətən” layihəsi çərçivəsində Hadrutda çəkilmiş görkəmli bəstəkar Fərhad Bədəlbəylinin “Ave Maria” kompozisiyasının nümayişi ilə davam etdirilib. Aparıcı bu musiqi nömrəsinin rəmzi olaraq bütün Azərbaycanda olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığını və Azərbaycanın bölgədə daha təhlükəsiz gələcək qurmaq və sülh içində birgə yaşamaq istəyini dünyaya nümayiş etdirdiyini bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə natiqlərə, kitabın ərsəyə gəlməsinə və tədbirin təşkilinə əmək sərf etmiş hər kəsə, habelə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən belə bir günə qatıldıqları üçün bütün iştirakçılara təşəkkürünü bildirib. Diplomat Şuşanın Azərbaycan xalqı üçün önəmi, bu şəhərin azad olunmasının Vətən müharibəsində Azərbaycanın Qələbəsi üçün əhəmiyyətindən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin vətən həsrətinə son qoyulması ilə Azərbaycan xalqının bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini bildirib.

Tədbirin bədii hissəsi Şuşada “Xarıbülbül” musiqi festivalında səsləndirilmiş “Ey, Vətən” musiqisinin videoyazısının nümayişi ilə yekunlaşıb. Musiqi parçasının sonunda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa ilə bağlı fikirlərinin səsləndirilməsi böyük alqışlara səbəb olub.

Tədbir “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabına daxil edilmiş fotoların nümayiş olunduğu sərgi ilə davam etdirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Zəfər Günü münasibətilə Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitabın təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-7" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb