SİYASƏT
"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi ərəb mətbuatının diqqət mərkəzində olub VİDEO
Qahirə, 14yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilmiş təməlqoyma mərasimi ərəb mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, nüfuzlu “Əl Hadat” və “Saudi TV1” telekanalları, həmçinin “Arab news”, “Əl Riyad”, “Attağa”, “Əl Bilad” və digər mətbuat orqanları Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun mərasimdəki çıxışının əsas məqamlarını işıqlandırıblar.
Ərəb mətbuatının xəbərlərində qeyd olunub ki, “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə