19 MART
2010-cu il. Prezident İlham Əliyevin iştirakı ilə Bakıda müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib.
2013-cü il sentyabrın 20-dən fəalıyyət göstərən zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərini yerinə yetirir.

1994-cü il. Bakı metropoliteninin “20 Yanvar” stansiyasında partlayış törədilib. Nəticədə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını sübut edib.

1964-cü il. Kibernetika elminin yaradıcısı, Amerika alimi Norbert Viner vəfat edib (1894-1964). O, həm də süni intellekt nəzəriyyəsinin yaradıcısı kimi tanınır.

1474-cü il. Venesiyada müəllif hüquqlarının qorunması barədə fərman imzalanıb. Bu, dünyada insanın mənəvi dəyərlərinin qorunması istiqamətində atılan ilk addım idi.

1955-ci il. Məşhur Hollivud aktyoru Brus Uillis anadan olub. İndiyədək 60-dan çox filmdə çəkilən aktyor “Emmy” və “Qızıl Qlobus” mükafatlarının laureatıdır.

2010-cu il. Beynəlxalq müştəri günü kimi Rusiya və litvalı sahibkarların təşəbbüsü ilə təsis olunub. Amerika və Avropanın onlarla iri və xırda şirkətləri tərəfindən dəstəklənir.