2003-CÜ İLDƏ MDB ÖLKƏLƏRİNDƏ, XÜSUSİLƏ AZƏRBAYCANDA MAKROİQTİSADİ VƏZİYYƏT YAXŞILAŞMIŞDIR
MDB ölkələrinin əksəriyyətində əsas makroiqtisadi göstəricilərin artım sürəti əvvəlki ildəkindən yuxarı olmuşdur. Məsələn, 2003-cü ildə Birlik ölkələrində ÜDM-in artımı 2002-ci ildəki 5,3 faizə qarşı orta hesabla 7 faiz, sənaye məhsulları istehsalı 2002-ci ildəki 5 faizə qarşı 8 faiz, əsas kapitala sərmayə qoyuluşu 2002-ci ildəki 6 faizə qarşı 15 faiz təşkil etmişdir və s.
2003-cü ildə inflyasiyanın və işsizliyin səviyyəsi nisbətən orta vəziyyətdə qalmış, dövlət büdcələri artıqlaması ilə, yaxud kiçik kəsirlə yerinə yetirilmişdir.
Bununla yanaşı, xarici ticarət əməliyyatlarının və onlardan əldə edilən gəlirin həcmi də artmışdır. Özu də MDB-nin bir çox ölkələrində dıgər dövlətlərlə idxal-ixrac əməliyyatlarının həcmi Birlik ölkələri arasında qarşılıqlı ticarətin həcmini əvvəlki kimi ötüb keçmişdir.