İDMAN
2018-ci ildə Formula-1 Azərbaycan Qran-Prisi aprel ayında keçiriləcək
Bakı, 20 iyun, AZƏRTAC
2018-ci ildə Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Avtomobil Federasiyasının saytında yer alıb. Növbəti mövsümün təqviminə 21 mərhələ daxildir. Çempionat martın 23-25-də Melburnda Avstraliya Qran-Prisi ilə başlayacaq, noyabrın 23-25-də Əbu-Dabidə başa çatacaq.
İndiyə olan məlumata görə, Çin və Sinqapur mərhələləri kommersiya hüquqları sahibləri tərəfindən təsdiqlənməyib. Fransa Qran-Prisi on il keçəndən sonra, Almaniya Qran-Prisi (Xoffenxaymda keçiriləcək) bir il keçəndən sonra çempionata qayıdır. Malayziya mərhələsi təqvimi tərk edib. Əvvəlki iki mövsümü yazda olmuş Rusiya Qran-Prisinin vaxtı sentyabra keçirilib.
Çempionatının tarixində ilk dəfə Qran-Pri üç həftəsonu ardıcıl keçirilə bilər: təqvimin indiki cədvəlinə görə, komandalar mərhələləri ardıcıl olaraq Fransada (Formula-1-ə rəsmən qayıdır), Avstriyada və Böyük Britaniyada keçirəcəklər. Beləliklə, 2018-ci ildə Formula-1-in təqvimi aşağıdakı kimidir:
25 mart - Avstraliya Qran-Prisi
8 aprel - Çin Qran-Prisi
15 aprel - Bəhreyn Qran-Prisi
29 aprel - Azərbaycan Qran-Prisi
13 may - İspaniya Qran-Prisi
27 may - Monako Qran-Prisi
10 iyun - Kanada Qran-Prisi
24 iyun - Fransa Qran-Prisi
1 iyul - Avstriya Qran-Prisi
8 iyul - Böyük Britaniya Qran-Prisi
22 iyul - Almaniya Qran-Prisi
29 iyul - Macarıstan Qran-Prisi
26 avqust - Belçika Qran-Prisi
2 sentyabr - İtaliya Qran-Prisi
16 sentyabr - Sinqapur Qran-Prisi
30 sentyabr - Rusiya Qran-Prisi
7 oktyabr - Yaponiya Qran-Prisi
21 oktyabr - ABŞ Qran-Prisi
28 oktyabr - Meksika Qran-Prisi
11 noyabr - Braziliya Qran-Prisi
25 noyabr - Əbu-Dabi Qran-Prisi.