20 İYUN
![]() |
20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. |
![]() |
20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar 2006-cı il iyunun 12-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
|
|
|
1840-cı il. Tanınmış ixtiraçı Samuel Morze teleqrafı patentləşdirib. O, kəşf etdiyi teleqraf aparatının köməyi ilə özünün yaratdığı kodla ilk teleqramı göndərib. S.Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edilib. |
|
|
1895-ci il. Baltik və Şimal dənizlərini birləşdirən Kil kanalı istifadəyə verilib. Uzunluğu 98 kilometr, eni 100 metrdən artıq, dərinliyi 11 metr olan, 8 il müddətinə çəkilən bu kanal Avropanın ən böyük dəniz yollarından biridir. |
|
|
1921-ci il. Görkəmli bəstəkar, pedaqoq, xormeyster, Xalq Artisti Cahangir Cahangirovun doğum günü (1921-1992). O, “Arazın o tayında” vokal-simfonik poemasının, “Dostluq haqqında mahnı”, “Füzuli”, “Nəsimi” kantatalarının, “Sabir”, “Hüseyn Cavid-59”, “Böyük qələbə” oratoriyalarının, “Azad”, “Xanəndənin taleyi” operalarının və digər əsərlərin müəllifidir. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]




