20 MAY

1875-ci ildə Dünya Metrologiya Günü təsis edilib. Parisdə keçirilən Beynəlxalq Diplomatik Konfransda bu günün qeyd olunması qərara alınıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci il iyunun 13-də təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.

1942-ci il. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə birinci və ikinci dərəcəli “Vətən Müharibəsi” ordeni təsis edilib. Birinci dərəcəli ordenə azərbaycanlılar ümummilli lider Heydər Əliyev, Ziya Bünyadov, Ağadadaş Səmədov və Həzi Aslanov layiq görülüblər. “Vətən Müharibəsi” ordeni Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər) təsis olunmuş ilk mükafatdır.

1907-ci il. Xalq Artisti Həqiqət Rzayeva anadan olub (1907-1969).
H.Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdəndir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov kimi korifeylərdən dərs alan sənətkar 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində Leyli, “Əsli və Kərəm”də Əsli, “Arşın mal alan” operettasında Telli, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm onun yaratdığı səhnə obrazlarıdır.

1933-cü il. Türk Hava Yolları təsis edilib. Şirkət həmin ilin avqustunda hər biri 23 oturacaqdan ibarət beş təyyarə ilə fəaliyyətə başlayıb. Hazırda dünyanın 120-dək ölkəsinə uçuşlar həyata keçirir.

1570-ci ildə Belçikanın Antverpen şəhərində dünyanın ilk coğrafi xəritəsi çapdan çıxıb. Müasir atlasın bu ilk nümunəsi fələməng xəritəşünas Abraam Ortelius tərəfində tərtib edilib. Bu nəşrə böyük formatlı 53 xəritə və ətraflı izahlı coğrafi mətn daxil edilmişdi. Bir çox səhvlərə baxmayaraq bu atlas 16-17-ci əsrlərin dənizçiləri üçün böyük tapıntı olub.

1799-cu il. XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak anadan olub (1799-1850). O, Qərbi Avropa realizminin zirvəsi hesab edilir. Balzakın ən məşhur əsəri - “Bəşəri komediya” və ya “İnsan komediyası”dır.
Yazıçının adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1498-ci il. Portuqaliyalı dəniz səyyahı Manuel Vasko da Qama Hindistanın Kəlküttə şəhərinə gəlib və beləliklə Hindistana dəniz yolunu kəşf edib. Bununla da Vasko da Qama Avropadan Hindistana dəniz vasitəsilə səyahət edən ilk avropalı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]