Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar – Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi

Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 20 Yanvar Azərbaycan tarixinin qanlı və şanlı səhifəsidir...

AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 20-də - Ümumxalq hüzn günündə Şəhidlər xiyabanına qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmək üçün gələnlərin hər birinin dilindən eşitmək olardı. Bu soyuq yanvar günündə səhər tezdən ölkəmizin hər bir yerindən paytaxta gəlmiş insanlar Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirdilər.

Bu gün ziyarətə gələnlər arasında Gədəbəy rayon sakini İshaq Həsənov da vardır. O deyir: “Azərbaycan xalqı tarix boyu öz azadlığı uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində qazandığı müstəqilliyini itirsə də, əsrin sonunda yenidən suverenliyinə qovuşdu və ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti sayəsində müstəqilliyimiz dönməz xarakter aldı. 20 Yanvar faciəsi kimi qanlı aksiyanın törədilməsinin səbəbi ondan ibarət idi ki, Azərbaycan imperiyanın tərkibində qalsın və onun malik olduğu təbii sərvətlər Sovet İttifaqının başqa xalqlarına xidmət etsin. Lakin Azərbaycan xalqı öz sərvətinə özü sahib olmaq istəyirdi. Şəhidlərimiz də bu amallar uğrunda həlak oldular. Gənc nəsil bilməlidir ki, bu gün yaşadığımız Azərbaycan dövlətinin müstəqilliyi şəhidlərin qanı bahasına əldə edilmişdir. Ona görə də şəhidlərin xatirəsi hər zaman yad edilməlidir”.

XX əsrin ən qanlı hadisələrindən olan bu dəhşətli faciə 22 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmişdir. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə qəti etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan 100 minlərlə soydaşımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb olmuşdur. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Şəhidlər xiyabanını ziyarətə gələn Bakı sakini Musa Nəcəfov deyir: “20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunmuş azadlıq mübarizəsidir. Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, haqq səsimizi boğa bilməmişdir. 20 Yanvar qırğını nə qədər acı bir faciə olsa da, bu günü qəhrəmanlıq rəmzi kimi xatırlamalıyıq. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan vardır. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir. Nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır”.

Ümumxalq hüzn günündə ziyarətə gələnlərin dedikləri kimi, keçmiş sovet dövlətinin hərb maşınının yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazılmışdır. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirmişdir.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanan gün deyil. Qanlı Yanvar Azərbaycan xalqının qürur və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet cəza maşınının qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.

Məhz həmin hadisələr bir daha təsdiq etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunması üçün tədbirlər görmədi, əksinə, bu cinayətin üstünü ört-basdır etdilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Nəzərbəy Hacıağayev demişdir ki, məhz ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir. Biz gənclər - hər il yanvarın 20-də Şəhidlər xiyabanına gəlməklə qəhrəman Vətən övladlarının, həm də ulu öndərimiz Heydər Əliyevin xatirəsinə ehtiramımızı bildiririk. Çünki 20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev vermişdir.

Bu gəncin fikirlərini davam etdirərək xatırladaq ki, Qanlı Yanvar faciəsindən bir gün sonra xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, bəyanat verərək xalqımızın kədərini bölüşmüş və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə ifşa etmişdir. Ulu öndərin bu addımı o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, böyük dövlətçilik təcrübəsi və sarsılmaz iradəsi keçmiş İttifaq rəhbərliyini qorxuya saldığına görə onların qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə doğma xalqının sırasında, onunla birgə, həmrəy oldu.

Ulu öndər Heydər Əliyev bu bəyanatı ilə, əslində, 20 Yanvar hadisələrinə cəsarətlə siyasi qiymət verdi. O, SSRİ və respublika rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar mövqeyini qətiyyətlə pislədi, totalitar rejimin törətdiyi 20 Yanvar faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl olduğunu bildirdi.

Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu hadisəyə siyasi-hüquqi qiymətini verdi. Həmin tarixi sənəddə Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi və hərbi qəsdin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.

Sovet hakimiyyətinin süqutundan və ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. Ulu öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.

Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailələri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilmişdir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin bu sahədə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə sərəncam və fərmanlar imzalamışdır. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunmuşdur. Ötən illər ərzində 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilmişlər. Əlillərə minik avtomobilləri verilmiş, şəhid ailələrinə Prezident təqaüdü təyin olunmuşdur. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

20 Yanvar hadisələrində əlil olmuş Bakı sakini Heybət Heybətov deyir: “İmperiyanın törətdiyi qanlı qırğının ağrı-acısını yaşayan həmvətənlərimizdən biri də mənəm. 20 Yanvar hadisələrindən 22 il ötür. İllər keçəcək, lakin Vətən övladlarının xatirəsi əbədi yaşayacaqdır. Biz, eyni zamanda, 20 Yanvarı qəhrəmanlıq günü hesab edirik. Mən yaxşı xatırlayıram, 1990-cı il yanvarın 20-də yaralanandan sonra Azərbaycanın o zamankı rəhbərliyi və hakimiyyət nümayəndələri bizə yaxınlaşmağa belə qorxurdular. Yalnız ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinə və əlillərə qayğı göstərilməyə başlandı, onlara xüsusi imtiyazlar, hüquqlar verildi. Sevinirik ki, ulu öndərin xeyirxah əməllərini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial təminatı ildən-ilə yaxşılaşır.

Göstərilən yüksək diqqət və qayğıya görə 20 Yanvar şəhidlərinin ailələri və əlilləri adından Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.

...Qanlı Yanvardan artıq 22 il ötür. Keçən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə, onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk olunmuşdur. Bu gün Şəhidlər xiyabanına arasıkəsilməz insan axını bunu bir daha təsdiqləyir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq