Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsi ABŞ paytaxtında və ştatlarında da anılmışdır

Vaşinqton, 21 yanvar (AZƏRTAC). ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, ölkəmizin dostları yanvarın 20-də Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə toplaşaraq Qara Yanvar hadisələrini anmışlar.

Mərasimdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev vurğulamışdır ki, 20 Yanvar hər bir azərbaycanlının yaddaşında həkk olunan bir tarixdir. Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin tökülən qanı xalqımızın siyasi iradəsini daha da möhkəmləndirərək ölkəmizin suverenliyi uğrunda başlanan hərəkatı sona çatdırmışdır. Məhz həmin Qara Yanvar gecəsi verilən qurbanlara görə, bu gün Azərbaycan Birləşmiş Ştatlar və ölkənin neçə-neçə digər dövlətlərində səfirlikləri ilə təmsil olunmuşdur. Azərbaycanın müstəqilliyinə yol açdıqlarına görə şəhidlərin xatirəsi daim ehtiramla anılacaq və 21 il əvvəl baş vermiş hadisələr unudulmayacaqdır. Səfir onu da diqqətə çatdırmışdır ki, ABŞ Konqresində Azərbaycanla işçi qrupunun həmsədri Bil Şuster yanvarın 19-da faciəli Qara Yanvar hadisələri ilə bağlı Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.

Tədbirdə daha sonra çıxış edən ABŞ-dakı Azərbaycan diasporu fəallarından biri Həbib Azərsina 1990-cı ilin yanvarında Bakıda baş verənlərin ABŞ mediasında necə işıqlandırılması barədə xatirələri ilə bölüşmüşdür. Onun sözlərinə görə, sovet hakimiyyətinə müqavimətin qaynar nöqtələrindən biri kimi Azərbaycanda milli hərakatın güclənməsi hələ 20 yanvara qədər daim “Vaşinqton Post”, “Nyu-York Tayms”, “LA Tayms” və digər nüfuzlu mətbuat vasitələrinin baş səhifəsində yer alırdı. Qara Yanvar hadisələri isə elə həmin gün bir çox telekanalların proqramlarında əsas xəbərlərdən birinə çevrilmişdi. O zaman Amerikanın ən baxımlı CBS kanalının axşam xəbərləri proqramı verilişini Bakıdakı qanlı hadisələrə həsr edilən materialla açmışdır. Bir neçə dəqiqəlik sujetdə Azərbaycanın xəritəsi, sovet qoşunlarının paytaxt şəhəri Bakıya hansı istiqamətlərdən və necə hücum etməsi, əsgərlərin dinc nümayişçilərə atəş açması, günahsız insanları qətlə yetirməsi barədə ətraflı məlumat verilmişdi. Həbib Azərsina əlavə etmişdir ki, ABŞ-da yaşayan azərbaycanlılar bu hadisələri böyük həyəcanla izləyirdilər. Bakıda axıdılan qan həmvətənlərimizə dərin kədər hissi yaşatsa da, Vətənlərinin müstəqilliyi uğrunda mübarizəsi hər bir Amerika azərbaycanlısını həm də ruhlandırmışdı. Vaşinqtonda yaşayan azərbaycanlılar dərhal təşkilatlanaraq o zaman Ağ Evin yaxınlığında yerləşən SSR-i səfirliyi qarşısında etiraz aksiyası keçirmiş, “Qızıl ordu günahsız insanları qətlə yetirir”, “Sovet qoşunları sovet vətəndaşlarına qarşı” kimi şüarlar qaldırmışdılar. Hələ 24 saatlıq xəbər kanalları və internetin olmadığı bir dövrdə bu etiraz aksiyası Amerika mətbuatında gedən materiallarla birgə ölkə ictimaiyyətinin diqqətini Bakıdakı Qara Yanvar hadisələrinə cəlb edə bilmişdi.

1990-cı ilin faciəli yanvar hadisələri ABŞ-ın digər yerlərində, o cümlədən Kaliforniya, Texas, Meyn ştatlarında da anılmışdır. ABŞ Azərbaycanlıları Şəbəkəsi yanvar hadisələrinin 21-ci ildönümü ərəfəsində məlumatlandırma kampaniyasına başlayaraq ABŞ-ın federal və yerli hakimiyyətlərinə, ictimaiyyətinə və mətbuata Qara Yanvar hadisələri ilə bağlı minlərlə məktub göndərmişdir. Bu səylərin nəticəsində Sovet İttifaqının sonunun başlanğıcı kimi qiymətləndirilən tarixi hadisələrə həsr edilən məqalələr Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatının yerli qəzetlərində çap edilmişdir.

Azərbaycan-Amerika Şurası və Amerikanın Azərbaycan Cəmiyyəti də birgə bəyanatla çıxış edərək bütün Amerika azərbaycanlılarını Qara Yanvar qəhrəmanlarının və şəhidlərinin əziz xatirəsini anmağa çağırmışlar.

Vaşinqtonda efirə çıxan ABŞ-ın Qarabağ Fondunun “Azərbaycan saatı” radio proqramı bu həftə efirə gedəcək verilişini 20 Yanvar faciəsinin ildönümünə həsr etmişdir.

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib