20 Yanvar faciəsi qəhrəmanlıq örnəyidir
Bakı, 17 yanvar (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə yanvarın 17-də Xəzər rayonunun Mərdəkan bələdiyyəsində 20 Yanvar faciəsinə həsr olunmuş “Nəsillərdən nəsillərə qəhrəmanlıq örnəyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və AQUPDK-nın nümayəndəsi Sənubər Əlizadə 20 Yanvar faciəsini doğuran səbəblər və onun nəticələri barədə danışmışlar.
Çıxış edənlər bu qəhrəmanlıq salnaməsinin xalqımızın qəlbində əbədi həkk olunmasından, Bakı şəhərində və respublikamızın bir neçə rayonunda sovet ordusunun hərbi hissələrinin törətdiyi qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə qəhrəman Vətən övladlarımızın şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulamışlar.
Sonda Xəzər rayonu üzrə 20 Yanvarla bağlı keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]