20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 19-da Xəzər rayonunun Qala qəsəbəsindəki 19 nömrəli orta məktəbdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbir “Dədə Şəmşir Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Kəlbəcər rayonundan didərgin salınmış məcburi köçkün uşaqlarının oxuduqları məktəbdə keçirilmiş tədbirin əvvəlində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.
Anma mərasimində çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə əzmi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu bildirmişlər. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bu qanlı aksiyanın siyasi müstəviyə çıxarıldığı, hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığı vurğulanmışdır.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]