20 Yanvar faciəsi xalqımıza qarşı yönəldilmiş əsl terror aktı idi
Bakı, 20 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsindən 22 il ötür. Bu faciənin dərin izləri xalqımızın qəlbindən silinməmişdir. Yanvarın 20-də Şəhidlər Xiyabanında olan insan axını bunun canlı sübutudur.
Həmin günün canlı şahidlərindən biri Dilşad Seyidova AZƏRTAC-a müsahibəsində müdhiş gecəni bir daha xatırlamış və demişdir: “Bu dəhşətli faciə heç vaxt mənim yaddaşımdan silinməyəcəkdir. Həmin gün televiziya və radio öz fəaliyyətini dayandırdı. Biz nə olduğunu anlamırdıq. Eşitdik ki, küçədən atışma səsləri gəlir. Pəncərədən baxanda dəhşətli bir mənzərənin şahidi oldum. Tanklar əliyalın insanlara atəş açır, onları əzib keçirdi. Bu, xalqımıza qarşı yönəldilmiş əsl terror aktı idi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]