20 Yanvar faciəsinin dünyaya çatdırılmasında Ulu Öndərin xidmətləri misilsizdir
Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
20 Yanvar faciəsinin dünyaya çatdırılmasında Ulu Öndərin xidmətləri misilsizdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsinin qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gələn şuşalı məcburi köçkün Ramiq Məhərrəmov deyib.
O bildirib ki, xalqın köməksiz, silahsız olduğu bir zamanda, ölkəmiz informasiya blokadasında olanda ulu öndər Heydər Əliyev Moskvada həyatını təhlükəyə ataraq oradakı daimi nümayəndəliyimizə gedib, baş verən faciə ilə əlaqədar kəskin bəyanatla çıxış edib, xalqın səsini dünyaya çatdırıb.
“Ümummilli Liderin bu kəskin və qorxmaz addımları olmasaydı yəqin ki, bu gün 20 Yanvar faciəsinə biganəlik olardı, haqq səsimizi, mübarizəmizi bütün bəşəriyyətə çatdıra bilməzdik”, - deyə R.Məhərrəmov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]