20 Yanvar tarixdə azadlıq uğrunda mübarizənin şanlı səhifələrindən biri kimi qalacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Ümumxalq hüzn günündə Şəhidlər Xiyabanına gəlmiş Bakı sakini Larisa Quliyeva öz fikrini AZƏRTAC-ın əməkdaşı ilə bölüşərək demişdir: “Biz 20 Yanvar hadisələri barədə təkcə tarix kitablarından bilmirik, biz o faciəli gecənin canlı şahidləriyik”.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş qanlı hadisələrdən 22 il keçir. Xalqımızın qəhrəman oğul və qızları Vətənin azadlığı naminə canlarından keçmişlər. Azərbaycan xalqı onların əziz xatirəsinə həmişə ehtiramla yanaşmışdır və bundan sonra da belə olacaqdır.
L.Quliyeva demişdir: “Bu faciənin ağrısı zaman keçdikcə soyumur. Xalqımıza qarşı bu cür haqsızlığa görə adamın ürəyi ağrıyır. Lakin bununla bərabər 20 Yanvar günü xalqların tarixində azadlıq uğrunda mübarizənin şanlı səhifələrindən biri kimi qalacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]