20 Yanvar tariximizin həm qanlı, həm də şanlı səhifəsidir
Bakı, 20 yanvar (AZƏRTAC). Qafqaz Universitetində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin prorektoru, professor Niftalı Qocayev 20 Yanvar faciəsindən danışmışdır. Qeyd etmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və digər şəhər və rayonlarımızda qanlı cinayətlər törətmişdir.
Professor N. Qocayev bu hadisələrin xalqımıza qarşı məkrli siyasətin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Xatırlatmışdır ki, həmin zaman Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu qanlı hadisəyə qarşı etirazını bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransını əks etdirən video-film göstərilmişdir.
Digər çıxış edənlər də 20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu vurğulamışlar.
Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]