20 Yanvar tariximizin şanlı və qanlı səhifəsidir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirmişdir ki, 20 Yanvar tariximizin şanlı və qanlı səhifəsidir. SSRİ rəhbərliyi xəbərdarlıq etmədən Bakı şəhərinə qoşun yeritmişdir. Həmin gün qəhrəman oğul və qızlarımız bu qanunsuz və özbaşına hərəkətə qarşı öz etirazlarını bildirmişlər. Tökülən qanlar isə sovet imperiyasının süqutunu və müstəqilliyimizi tezləşdirmişdir.
Tədbirdə digər çıxış edənlər də 20 yanvar hadisələrinin xalqımızın sonrakı taleyində rolundan danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]