20 Yanvar xalqımızın qan yaddaşında daim yaşayacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdikləri qanlı qırğınlardan danışmış, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirildiyini söyləmişdir.
Rektor həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı öz kəskin etirazını bildirdiyini xatırlatmışdır.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır.
Digər çıxış edənlər də Qara Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğunu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]