21 SENTYABR - BEYNƏLXALQ SÜLH GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 21 sentyabr - Beynəlxalq Sülh günü ilə bağlı tədbir keçirilmişdir.
ADPU-nun prorektoru, professor Rafiq Baxşəliyev çıxış edərək yer üzündə sülhün qorunub saxlanmasının əhəmiyyətindən danışmışdır. Natiq əlamətdar günün ölkəmizdə və beynəlxalq aləmdə geniş qeyd edildiyini bildirərək sülh və əmin-amanlıq arzularını ifadə etmişdir.
Universitetin fəlsəfə kafedrasının müdiri, professor Məmməd Balayev və digər alimlər müasir dünyada gedən siyasi proseslərdən, planetimizdə sülhün qorunması üçün həyata keçirilən tədbirlərdən bəhs etmişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan natiqlər, qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]