Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Zəfər tariximiz: Bu gün bayrağımızın Zəngilanda dalğalanması hamımızı qürurlandırır VİDEO

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı

Zəngilan, 20 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları ermənilər tərəfindən talanaraq xarici ölkələrə daşınıb.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edildi. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı. Bundan əlavə, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşdı. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Çünki uzun illər əsarətdə saxlanılan ərazilərə İrəvandan, eləcə də digər ölkələrdən gələn yardımların qarşısı alındı. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə Ordumuza vizual üstünlük qazandırdı, təhlükələri önlədi.

Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başladı. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirildi. Beləcə, bu il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlandı. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə oldu. Bundan əlavə, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanının təməli qoyuldu. Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Bundan əlavə, ötən il oktyabrın 26-da Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli atılıb.

AZƏRTAC-ın müxbiri Zəngilanda və rayonun strateji yerlərində aparılan döyüş əməliyyatlarında tarixi Qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) və Müdafiə Nazirliyinin bir neçə hərbi qulluqçusu ilə həmsöhbət olub.

Ağbənd qəsəbəsinin azad olunması əməliyyatlarında iştirak edən DSX-nin general-mayoru Aqşin Məhərrəmov təəssüratlarını müxbirimizlə bölüşüb: “Ordumuzun arsenalında müasir silahlar, avadanlıqlar, uçuş aparatları mövcuddur. Aydın məsələdir ki, bunun qarşısında düşmən tab gətirə bilməzdi. Bunun nəticəsi olaraq, əvvəlcə 2016-cı il aprel hadisələrındə zərbəendirici pilotsuz uçuş aparatları heyətinin yüksək peşəkarlığı nəticəsində düşmənə dəqiq və sarsıdıcı zərbələr endirildi. Vətən müharibəsində əldə olunan nailiyyətlər məhz ilk dəfə 2016-ci ildə müasir uçuş vasitələrinin tətbiqi ilə qazanılan uğurların davamıdır”.

“Üç nöqtə” əməliyyatı barədə danışan Aqşin Məhərrəmov deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı xüsusilə bölmələrimizin uğuru ilə nəticələnib. Belə ki, bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparıldı, düşmən haqqında məlumatlar, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olundu. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirildi və onlar geri qaçmağa məcbur oldular”.

O qeyd edib ki, yaxınlaşmaqda olan düşmənin texnikası raket-artilleriya divizionu tərəfindən çox sərrast atışlarla sıradan çıxarılıb. Zərbəendirici pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərində yerləşən artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib. General-mayor bildirib ki, İkinci Qarabağ müharibəsində bölmələrimiz tərəfindən Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın əraziyə sancılması hər birimiz üçün qürurvericidir. O zaman Arazboyu ərazilərdə yaşayan soydaşlarımız hərəkətlərimizi kənardan müşahidə edərək bizi alqışlarla qarşılayır, şüarlar səsləndirirdilər. Onlar bu ərazilərin əsl sahiblərini gördükləri üçün çox sevinirdilər.

Sərhədlərin bərpa olunmasının əhəmiyyətindən söz açan general-mayor Aqşin Məhərrəmov deyib ki, “Üç nöqtə” əməliyyatının aparıldığı ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Belə ki, düşmən geri çəkilərək həmin ərazilərdə mövqelənib, Ordumuzun bölmələrinə müqavimət göstərməyə hazır idi. Həmin uğurlu əməliyyat nəticəsində Ağbənd qəsəbəsindən Vejnəli, Bartaz istiqamətinə şəxsi heyətin hərəkəti təmin olunub. “Üç nöqtə” əməliyyatı gələcək əməkdaşlıq üçün çox önəmlidir. Hazırda bu ərazi sərhədçilərimiz tərəfindən mətinliklə qorunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu istənilən tapşırığı Azərbaycan sərhədçisi hər zaman icra etməyə hazır və qadirdir.

Qeyd edək ki, general-mayor Aqşin Məhərrəmov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bartaz yüksəkliyinin işğaldan azad olunması əməliyyatından danışan DSX-nin hərbi qulluqçusu, polkovnik-leytenant Mahmud Şükürov vurğulayıb ki, Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra bölmələrimizin növbəti tapşırığı ətraf ərazilərin və strateji cəhətdən əhəmiyyətə malik yüksəkliklərin düşməndən təmizlənməsi idi: "Bildiyiniz kimi, ərazidə olan əsas hakim strateji silsilələrdən, yüksəkliklərdən biri də Bartaz və Şükürataz zirvələridir. Həmin yüksəkliklərin düşmən işğalından azad olunması tapşırığı bizim bölmələrimizə verilmişdi. Biz əməliyyat tapşırığını aldıqdan sonra Bartaz dayanacağı adlanan yerədək texnikalarla hərəkət etdik. Bundan sonra biz yolumuza qruplar şəklində davam etdik. İrəlilədikcə bir neçə dəfə düşmənin maneələrinə rast gəldik. Bütün təminat yolları ermənilər tərəfindən minalanmışdı və onlar bizi öz texnikaları, böyük qüvvələri ilə gözləyirdilər. Bölmələrimiz buradakı qayalıqlardan istifadə edərək düşmənə yaxınlaşdı. Əvvəlcə iriçaplı silahlardan istifadə edərək atəş-dəstək qrupları yaradıldı, düşmən postuna ani atəşlər açıldı. Onlar isə səpələnmiş vəziyyətdə mövqelənmişdilər. Əsas diqqətlərini isə mövqenin sağ cinahına yönəltmişdilər. Biz isə hücum bölmələrinin tərkibində həmlə qrupları ilə birlikdə qayalığın arxa istiqamətindən, gözləmədikləri bir hissədən onlara yaxınlaşdıq. Dəstək qruplarının atəşi kəsməsi ilə dərhal hücum bölmələrinin dəqiq zərbələri nəticəsində düşmənin üzərinə həmlə edib həmin silsiləni işğaldan azad etdik”.

Fikirlərinə yekun vuran polkovnik-leytenant Mahmud Şükürov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğunu da bildirib.

DSX-nin hərbçisi, polkovnik-leytenant Elvin Rzayev isə deyib: “Biz Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının iştirakçısı olaraq Zəngilan rayonunun Bartaz yüksəkliyinin ələ keçirilməsi üçün tapşırıq aldıq. Bartaz qəsəbəsindən DSX-nin Çevik Hərəkat Dəstəsinin hərbi qulluqçuları ilə birlikdə eyniadlı yüksəklik istiqamətində hərəkət etdik. Xüsusi təyinatlılarla birgə Bartaz yüksəkliyi ələ keçirildikdən sonra düşmən geri çəkildi. Onlar Bartaz yüksəkliyinə gələn yolları tam müşahidə altında saxlayırdılar. Heç bir avtomobil texnikası həmin yerə hərəkət edə bilmirdi və düşmənin atəşinə məruz qalırdı. Sonra bölmələrimizə erməniləri ərazidəki silsilədən geri çəkilməyə məcbur etmək və həmin yüksəkliyi ələ keçirmək əmri verildi. İyirmi nəfər heyətdən ibarət qrupla bu yüksəkliyə hərəkət etdik. İlk öncə havadan və yerdən vizual müşahidələr aparılmaqla düşmənin say tərkibi və qüvvəsi müəyyənləşdirildi. Sonra səhər vaxtı planlaşdırılan əməliyyat nəticəsində həmin yüksəkliyi ələ keçirdik. Düşmən həmin silsiləni tərk edərkən bütün silahını, sursatını, hətta bir “UAZ” markalı avtomobil texnikasını da qoyub qaçmışdı”.

Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeni, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunan polkovnik-leytenant qeyd edib ki, uğurlu əməliyyatlar nəticəsində bölmələrimiz Bartaz yüksəkliyində möhkəmləndi və düşmən mövqelərini tam müşahidə altında saxlamağı bacardı.

Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən Azərbaycan Ordusunun mayoru Elnur Mayılov qeyd edib: “Bölmələrimizin döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başlayıb. Həmin döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Ordumuzun hər bir mənsubu inanırdı ki, işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olunacaq. Zəngilan rayonunun nəzarətimizə keçməsindən sonra bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yarandı”.

Mayor Elnur Mayılov azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılmasından sevincli olduğunu da vurğulayıb: “Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın Ağıllı kəndində müasir, yeni evlər inşa olunub. Rayonun keçmiş məcburi köçkünlərinin bir hissəsi də artıq öz yurd-yuvalarına qayıdıblar. Mən həyata keçirilən infrastruktur layihələrini görəndə qürur hissi keçirdim”.

Qeyd edək ki, Ağalıdan başqa Qubadlı istiqamətində də döyüşən hərbi qulluqçumuz Vətən müharibəsi zamanı xidmətlərinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə”, “Zəngilanın azad olunmasına görə” və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçdiyi şərəfli döyüş yolundan danışan Azərbaycan Ordusunun baş leytenantı Daşqın Quliyev isə fikrini belə ifadə edib: “İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail oldu”.

Baş leytenant müharibə başlayanda əməliyyatlara Ağdam rayonundan qoşulduğunu bildirib: “Sonra Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarının işğaldan azad olunmasında iştirak etmişəm. Döyüşlərdə komandirlərimizin bizə verdiyi tapşırıqlara əsasən daim irəliləyə doğru hərəkət etmişik və düşmən əsgərlərini ani sarsıdıcı zərbələrimizlə məhv etmişik.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyimə, habelə onların icrası zamanı vəzifə borcumu şərəflə yerinə yetirdiyimə görə Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla müharibədən sonra “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam”.

Zəfər tariximiz: Bu gün bayrağımızın Zəngilanda dalğalanması hamımızı qürurlandırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə