FHN-in qüvvələri Yasamalda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.