İDMAN
23 İYUN
1920-ci il. Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut edib. | |
|
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. |
|
1894-cü il. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əsası qoyulub. BOK-un 1948-ci ilin yanvarında İsveçrənin Sankt-Moritse şəhərində keçirilən iclasında iyunun 23-ü Beynəlxalq Olimpiya Günü kimi təsis edilib. O vaxtdan bəri bu gün bütün dünyada, o cümlədən Azərbaycanda irimiqyaslı idman bayramına çevrilib. |