24 İYUL
![]() |
2008-ci il. Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak ediblər. |
![]() |
1802-ci il. Tanınmış fransız yazıçısı Aleksandr Dümanın doğum günü (1802-1870). Dörd yaşında ikən atasını itirən Düma min bir əzab-əziyyətlə böyüyüb. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq, bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir göstərməyib. Bədxərcliyi üzündən müflisləşən Düma kreditorların əlindən Belçikaya qaçmaq məcburiyyətində qalıb. O, 1830-cu il İyul inqilabında yaxından iştirak edib. Aleksandr Düma tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanıb. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. Düma, həmçinin qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. |
![]() |
1915-ci il. Çıkaqoda sərnişin gəmisinin batması nəticəsində 1000-ə yaxın insan ölüb. |


