 |
1993-cü il. Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib. |
 |
İyunun 24-ü maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamı ilə hər il iyunun 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilir. |
 |
1863-cü il. İsveçrəli Henri Dünan tərəfindən Qırmızı Xaç Cəmiyyətinin təməli qoyulub. Cəmiyyət 1869-cu ildən etibarən bütün dünyada yaralılarla yanaşı, daşqın, zəlzələ, epidemiya, aclıq və s. fəlakətlərin qurbanlarına da yardım etməyə başlayıb. |
 |
1901-ci il. İspaniya rəssamı, heykəltəraş, qrafik, keramist və dizayner, XX əsr incəsənətinin tanınmış nümayəndələrindən olan Pablo Ruiz Pikassonun (1881-1973) əsərləri ilk dəfə nümayiş etdirilib. Pikassonun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. |
 |
1953-cü il. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyev anadan olub (1953-1992). 1992-ci il fevralın 25-də Ə.Hacıyev Xocalı səhərinin müdafiəsi uğrunda qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. |
 |
1987-ci il. Məşhur argentinalı futbolçu Lionel Andres Messi anadan olub. |
 |
1959-cu il. Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Abdulla Şaiq vəfat edib (1881-1959). Şair “Gülşəni ədəbiyyat”, “Yaxşı arxa”, “Tülkü, qarğa, hacıleylək”, “Tıq-tıq xanım”, “Tülkü və xoruz”, “Uşaq çeşməyi” kimi bir sıra əsərlərin müəllifidir. A.Şaiqin “Rəqs edən bağalar”, “Tülkü həccə gedir”, “Pıspısa xanım və Siçan bəy” əsərləri əsasında filmlər çəkilib. |