24 saylı Nizami birinci seçki dairəsinin 11 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur
Bakı, 7 fevral, AZƏRTAC
Məntəqə saat 08:00-da açılıb. Hazırda seçkidə böyük izdiham müşahidə edirik. Vətəndaşlar böyük həvəslə istədikləri namizədə səs verirlər.
Bu barədə AZƏRTAC-a 24 saylı Nizami I seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Mətanət Cabbarlı məlumat verib.
Sədr vurğulayıb ki, məntəqə üzrə 1446 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, məntəqədə veb-kamera və sağlamlıq imkanları məhdud insanlar üçün pandus quraşdırılıb.
Qeyd edək ki, seçki prosesini çoxsaylı yerli müşahidəçilər və məşvərətçilər izləyirlər.