CƏMİYYƏT
DSX-nin “Sərhədçi” Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyindəki əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib.
DSX-nin nümunəvi hərbi orkestri, “NUR” vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa edib, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı repertuarla çıxış edib.
Sonda DSX-nin rəisi general-polkovnik Elçin Quliyev “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi ilə görüşüb, onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb.