25 İYUN
![]() |
1992-ci il. İstanbulda Azərbaycanın da iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Təsis konfransı Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilib. |
![]() |
1907-ci il. Azərbaycanın Xalq Artisti Sona Hacıyevanın doğum günü (1907-1979). Sona Hacıyeva 1920-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının səhnəsində çalışıb. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərinə çəkilən Sona xanım milli kinomuzun tarixində də özünəməxsus iz qoyub. |
![]() |
1987-ci il. Sov.İKP MK-nın plenumunda “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edilib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib. |
![]() |
1950-ci il. Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçib və Koreya müharibəsi başlayıb (1950-1953). İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə SSRİ və ABŞ ordusunun hərbi müdaxiləsi nəticəsində ərazidə iki dövlət yaranıb - Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. |
![]() |
1991-ci il. Sloveniya və Xorvatiya müstəqilliklərini elan edib. |
![]() |
1993-ci il. Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olub (1993-1996). |
![]() |
2009-cu il. Maykl Cekson vəfat edib (1958-2009). Dünya pop musiqisinin kralı Maykl Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyi bildirilir. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib. Doqquzuşaqlı ailənin 7-cisi olan Maykl səhnəyə ilk dəfə 5 yaşında çıxıb. Albomlarının satış sayı dünya üzrə 1 milyarda yaxındır. Ceksonun özünəməxsus səhnə davranışları, rəqs və musiqi zövqü dünya pop sənəti üçün yenilik olub. Pop ulduz ali titullardan sayılan Gremi mükafatına 13 dəfə layiq görülüb. Şəxsi həyatı qalmaqallarla dolu olan Cekson 3 dəfə evlənib və 3 övladı var. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]






