25 MAY

2013-cü il. Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub. İki il sonra - 2015-ci il iyunun 1-də istifadəyə verilən bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası inşa edilib. Bundan başqa, açıq havada trenajor sahəsi də yaradılıb.

2015-ci il. “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışları olub.
On üç yaşayış binasından, yardımçı binalardan ibarət Atletlər kəndində təhlükəsiz, rahat yaşayış şəraiti olan iki, üç və dördotaqlı 1042 mənzil var. Oyunlar vaxtı burada 8 mindən çox atlet və rəsmi şəxs yerləşmişdi.
Media kəndindəki dörd bina isə ümumilikdə 536 mənzildən ibarətdir. Burada birinci Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəmizə gələn 500-dən çox media təmsilçisi məskunlaşmışdı.

1873-cü il. Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Şamaxıda anadan olub (1873-1925). 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bakı şəhərinin baş memarı olub (1918-1922). Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi onun layihələri əsasında tikilib. Əmircanda layihələndirdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında abidəsi ucaldılıb.

1953-cü il. ABŞ-ın Hyuston Universiteti dünyada ilk dəfə olaraq ictimai televiziya (KUHT) yayımı həyata keçirməyə başlayıb.

1979-cu il. Nyu-York küçələrində itkin düşən 6 yaşlı Etan Patz bütün axtarışlara baxmayaraq, tapılmayıb. Bununla əlaqədar ABŞ Prezidenti Ronald Reyqan 1983-cü ildə hər il mayın 25-nin Beynəlxalq İtkin Uşaqlar Günü elan olunması barədə qərar imzalayıb. Etan Patzın taleyi barədə sonrakı illərdə də hər hansı məlumat əldə edilməyib.

2001-ci il. 32 yaşlı amerikalı atlet və macərapərəst Erik Veihenmayer dünyanın ən hündür dağ zirvəsi olan Everesti fəth edən görmə qüsurlu ilk insan olub.

2011-ci il. Dünyanın məşhur televiziya aparıcılarından olan Oprah Uinfreyin 1986-cı ildən etibarən ABŞ-da yayımlanan “Oprah Uinfrey Şou” teleproqramının sonuncu verilişi təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]