Altı ayda ixrac edilən polipropilenin dəyəri 64,8 milyon dollar olub
Bakı, 19 iyul, AZƏRTAC
Altı ayda Azərbaycandan 59,8 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 64,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 40,9 milyon dollarlıq 27,1 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [20:04]
WUF13 ilə əlaqədar 28 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
- 13.05.2026 [19:16]
Mayda qlobal neft tədarükü gündəlik 94,5 milyon barelə enəcək
- 13.05.2026 [19:11]
Azərbaycan Özbəkistan Enerji Həftəsində təmsil olunub
- 13.05.2026 [18:50]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 13.05.2026 [18:48]
Azərbaycan qlobal telekommunikasiya simpoziumunda təmsil olunub
- 13.05.2026 [18:28]