“27 ildən sonra” kitabının təqdimatı olmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də “AtaTravel” MMC-nin dəstəyi ilə döyüşçü-yazıçı Cəlaləddin Qasımovun “27 ildən sonra” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyasına ithaf edilmişdir.
Tədbirdə çıxış edən yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşqari adına beynəlxalq fondun prezidenti Elxan Zal Qaraxanlı və başqaları XX əsrin ən böyük faciələrindən olan Xocalı hadisəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərin yazıldığını söyləmişlər.
Natiqlər C.Qasımovun yeni əsərini bu qəbildən olan ədəbi uğurlar sırasına daxil etmişlər.
Kitabda “Silinməyən yara” və “24 ilin ölüsü” romanları yer almışdır. Əslində bir-birinin davamı olan hər iki əsərdə müəllif ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasəti pisləmiş, real tarixi həqiqətləri qələmə almış, hətta ermənilərin özlərindən aldığı məxfi məlumatları da əsərdə dolğunluğu ilə oxucuya çatdırmışdır.
Əsərdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordunun yaradılması, Azərbaycanı parçalamaq istəyən qüvvələrin susdurulması ardıcıl olaraq göstərilmişdir.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]