27 MART
1992-ci il. Azərbaycan Misir, Kuba və Filippinlə diplomatik əlaqələr qurub.

1927-ci il. Dünya şöhrətli virtuoz ifaçı Mstislav Rostropoviçin doğum günü (1927-2007). Bakıda doğulan M.Rostropoviç musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. Dahi həmyerlimiz bir neçə ali mükafata, o cümlədən Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə, ən yaxşı kamera musiqi ifaçısı nominasiyasında Qremmi mükafatına layiq görülüb.

1968-ci il. Dünyanın ilk kosmonavtı Yuri Qaqarin sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub (1934-1968). Y.Qaqarinin adı dünya tarixinə kosmosa uçan ilk insan kimi düşüb.

1961-ci il. Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.