Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir - MÜSAHİBƏ VİDEO

BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir -  MÜSAHİBƏ VİDEO

Bakı, 23 noyabr, Tərgül Babayeva, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Fərid müəllim, nə üçün ABŞ Azərbaycana münasibətdə mövqeyini tez-tez dəyişir? Biz bilirik ki, bu dalğalar həmişə olub, lakin İkinci Qarabağ müharibəsindən sonra biz Vaşinqtonun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindəki təşəbbüsünü gördük. Bəs nə dəyişdi, hazırda nə baş verir?

- Əvvəlcə tarixə nəzər salaq. Son 30 ildə Amerikanın mövqeyi nədən ibarət idi? Burada 1992-ci il çox vacib bir dövrdür. Həmin dövrdə Azərbaycan Şuşanı itirmişdi, Şuşa işğal olunmuşdu, Azərbaycana qarşı Xocalı soyqırımı törədilmişdi. Onu da xatırlatmaq lazımdır ki, 1992-ci ildə Azərbaycanda fərqli bir hökumət var idi. Bunu niyə vurğulayıram? Ona görə ki, indi bəzi şərhçilər deyirlər Amerikanın Azərbaycana qarşı hazırkı bu mənfi mövqeyi bugünkü vəziyyətlə bağlıdır. Yox, bunu 1992-ci ildə də biz görmüşük. Bu, məhz Ermənistan-Azərbaycan kontekstində Azərbaycana qarşı mənfi yanaşmadır, ermənipərəst mövqedir. Bu ermənipərəst mövqe Amerikanın siyasətində həmişə var idi. Bunun bir sıra səbəbləri var. Burada həm islamofobiya, həm türkofobiya motivləri var.

Amerikada ənənəvi olaraq erməni lobbisindən başqa Ermənistanı həmişə dəstəkləyən iki element, qüvvə var. Birincisi, sağçı xristian qruplarıdır. Onlar üçün Ermənistanın xristian bir ölkə olması yetərlidir. Onların fikrincə, xüsusən də qarşı tərəf müsəlmandırsa, xristianları həmişə dəstəkləmək lazımdır. Bu qrupun Konqresdə yetərli qədər qüvvələri var. İkinci qrup solçulardır. Maraqlıdır, Amerikanın daxilində həmin iki qrup həmişə mübarizə aparır, amma bu məsələdə biz görürük ki, onların mövqeyi yekdildir. Yəni onlar Ermənistanı dəstəkləyirlər. Bəs, solçuların Ermənistanı dəstəkləməsinin səbəbi nədir? Ona görə ki, vaxtilə Amerikanın bəzi siyasətçiləri - Vilson və digərləri - düşünürdülər ki, erməni elementi vasitəsilə Osmanlı imperiyasını dağıdacaqlar. Biz bilirik ki, Birinci Dünya müharibəsində İngiltərə, Fransa və Rusiya eyni tərəfdə idi, Almaniya, Osmanlı və Avstriya-Macarıstan imperiyaları onlara qarşı idi. Amerika da sonra birinci qrupu dəstəklədi. Onların baxışı ondan ibarətdir ki, burada Ermənistan Türkiyəyə qarşı vacib elementdir. Sovet dönəmində də bu solçu qruplar məhz belə düşünürdülər ki, erməni elementi, layihəsi Sovetin dağılmasına kömək edəcək. Onlar erməni ideyasının mahiyyətinə heç baxmırdılar. Erməni ideyasının mahiyyəti “böyük ermənistan”ın yaradılmasıdır. Bu, tamamilə irqçi, millətçi layihə idi, amma onu mahiyyətinə baxmadan dəstəkləyirdilər. Ənənəvi olaraq bu iki qrup Amerikada bizə qarşı fəaliyyət göstərir. Xüsusən, bu, daha çox Demokratlar Partiyasında özünü büruzə verir. Əvvəl Obama, indi də Bayden administrasiyasındakı bu qüvvələr Azərbaycana qarşı fəaliyyət göstərirlər.

Düzdür, İkinci Qarabağ müharibəsindən sonra ABŞ müəyyən dərəcədə Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmişdi. Əlbəttə, burada Azərbaycan-Ermənistan maraqlarından daha çox onların öz milli maraqları üstün idi. Onlar Rusiyanı buradan tamamilə sıxışdırıb çıxartmaq istəyirdilər. Bu səbəbdən də onlara görə bu məsələ bitməli idi. Amma ümumən, bəzi amerikalı siyasətçilərin fikrincə, Qarabağ ermənilərdə olmalı idi. İkinci Qarabağ müharibəsindən əvvəl bir ərazi kimi, sonrakı mərhələdə isə fikirləşirdilər ki, orada müəyyən müstəqil bir qurum yaradılmalıdır. Ona görə status məsələsini dəstəkləyirdilər. Amma cari ilin sentyabrındakı lokal antiterror tədbirlərindən sonra Azərbaycan bu planları darmadağın edib.

Otuzillik tarixə nəzər salsaq, Ki-Uest danışıqlarında da Amerikanın vasitəçi siyasəti ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ ərazisi Ermənistana verilsin. Azərbaycan buna getmədi. Nəhayət, İkinci Qarabağ müharibəsi və sentyabrdakı antiterror tədbirləri ilə bizim bütün suverenliyimiz tam bərpa olundu. Bu, onların planlarını darmadağın edib.

- Sizcə, ABŞ-ın Cənubi Qafqazda planları və maraqları nədən ibarətdir? Bəzi məqamlarda Qərb, xüsusən də ABŞ və Fransa Azərbaycana qarşı hətta Ermənistandan da sərt ritorika nümayiş etdirir. Sanki onlar regiona əbədi sülhün gəlməsinə qarşı çıxırlar. Bununla bağlı fikirləriniz maraqlı olardı...

- Mən düşünürəm ki, onlar bəlkə də sülhü şərti olaraq istəyirlər. Yəni sülh onların nəzarəti altında həyata keçirilsin. Onların geosiyasi məqsədi Rusiyanı buradan sıxışdırıb çıxartmaqdır. Ona görə hansı qüvvə buna xidmət edəcəksə, onu dəstəkləyirlər. Azərbaycanın siyasəti isə fərqlidir. Biz regionda üçtərəfli platforma (Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə - red.) yaratmaq istəyirik. Burada Türkiyə, İran, Rusiya kimi qonşu dövlətlər də var. Həmin ölkələrlə də istər iqtisadiyyat sahəsində, istər siyasi münasibətlərdə müəyyən ortaq bir mövqe tapmağa çalışırıq.

Gələk Amerikaya. 1990-cı illərdə ABŞ administrasiyası Azərbaycanın müstəqilliyini, Azərbaycana bağlı olan enerji layihələrini dəstəkləyirdi. Təəssüflər olsun ki, bu mövqe sonralar Obama və indiki administrasiya zamanı müəyyən dərəcədə dəyişdi. Amerikanın Cənubi Qafqazda yekdil, ardıcıl bir siyasəti yoxdur. Bu təkcə mənim mövqeyim deyil, hətta bəzi Amerika mütəxəssisləri də bunu qeyd edirlər.

O ki qaldı, Fransaya, bu ölkə ənənəvi olaraq ermənipərəst siyasət irəli sürür. Burada təbii ki, erməni diasporu da rol oynayır, amma digər elementlər də var. Yəni bu, təkcə diaspor faktoru deyil. Ənənəvi olaraq, Fransa Türkiyəyə qarşı siyasət aparıb. Yenə də deyirəm, bunun kökləri Birinci Dünya müharibəsinə qədər gedir. Son 5-6 ildə Yunanıstanla bağlı da orada mübahisələr var idi. İndi də burada təəssüflər olsun ki, Fransa öz siyasətini davam etdirir.

- Bu günlərdə ABŞ Senatında 907-ci düzəlişin dayandırılmasını Prezidentə qadağan edən sənəd gündəmə gətirildi. Orada 907-ci düzəlişin ləğvi ilə bağlı ABŞ Prezidentindən qərar vermək hüququnu alırlar. 907-ci düzəlişin təkrar tətbiqinin anonsu nədən xəbər verir? Xüsusən də siyasi tərəfdən münasibətlərə təsiri necədir?

- Bu düzəliş 1992-ci ildə qəbul olunmuşdu. 2001-ci ilə qədər, yəni doqquz il ərzində bu qüvvədə idi. O vaxt Azərbaycan torpaqları işğal olunmuşdu, iqtisadi, sosial vəziyyəti çox mürəkkəb idi. O zaman ABŞ belə bir embarqo tətbiq etmişdi, bu düzəlişi qəbul etmişdi. Ölkəmiz müstəqilliyini saxladı, gücləndirdi, iqtisadiyyatını yavaş-yavaş inkişaf etdirdi. Hərbi cəhətdən də Azərbaycan yollar tapdı, Ordumuz gücləndi.

907-ci düzəliş 2001-ci ildə dayandırıldı. Niyə? Ona görə ki, ABŞ Əfqanıstanda əməliyyata başladı. Yəni ABŞ-ın bizə ehtiyacı var idi. Bizim ABŞ-a hərbi cəhətdən ehtiyacımız yox idi. Onsuz da 2001-ci ildən bu yana bizə verilən yardım daha çox Amerika maraqlarına xidmət edirdi. Məsələn, Xəzər dənizində olan bəzi avadanlıqlar, gəmilər verilib ki, onlar bizim hərbi potensialı o qədər də gücləndirməyiblər. Azərbaycan Ordusunu öz hesabına inkişaf etdirib, Amerikadan demək olar ki, silah almayıb. Silahların əksəriyyəti digər mənbələrdən əldə olunub.

Əfqanistanda da biz ABŞ-a yardım etdik. İndi düşünürlər artıq Əfqanistanda Azərbaycanın yardımına ehtiyac yoxdur. Bu son hadisələr də göstərir ki, Amerikanın siyasəti ardıcıl deyil. Ola bilər ki, gələn il Amerikada seçkilər keçirilər, yeni bir administrasiya gələr, onlar yanaşmanı dəyişdirər. Özləri bilərlər. Azərbaycan hərbi cəhətdən ABŞ-dan asılı deyil.

- Son zamanlar Qərbin Ermənistanı ukraynalaşdırma və suriyalaşdırma istəkləri ilə bağlı fikirlər də səsləndirilir. Bununla bağlı nə düşünürsünüz?

- Bu məsələdə bənzətmə istifadə edilsə, Suriyanın adını demək lazımdır. Ona görə ki, Suriyada da müxtəlif qüvvələr var: İran, Rusiya, ABŞ. Ermənistanda da üç ölkənin təsiri, maraqları var. Nəticə olaraq bu, onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Özü üçün “böyük qardaş”dan sonra “böyük bacı” axtarıb. Bu ölkələr də Ermənistanı öz məqsədləri üçün istifadə edirlər. Belə bir təhlükə (Ermənistanın Suriyanın vəziyyətinə düşməsi - red.) var, amma bunu Ermənistan, ermənilər özləri düşünməlidirlər. Bu ölkənin gələcəyi nədən ibarətdir? Həmişə alət olaraq qalmaq və yaxud da bir müstəqil dövlətə çevrilmək.

- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer Qarabağdan öz istəyi ilə çıxan ermənilərlə görüşüb. USAID onlar üçün əlavə 4 milyon dollar ayıracaq. Bu təşkilatın və rəhbərinin bu davranışını necə qiymətləndirirsiniz? Niyə ötən 30 il ərzində Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bu səviyyədə görüş keçirilməyib?

- Nəinki 30 il ərzində, hətta oktyabrdakı səfəri zamanı da belə görüşdən imtina elədi. Samanta Pauerun mövqeyi bizim üçün aydındır. Həmişə Azərbaycana, Türkiyəyə qarşı olub. O, Birinci Dünya müharibəsində ermənilərin “soyqırımı”yla bağlı “elmi araşdırması”nda tam yanlış, feyk mənbələrə istinad edib. Hansı ki, artıq tarixçilər də o mənbələrə istinad etmirlər. Onun hələ 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəlində bəzi “elmi əsər”ləri var ki, orda açıq-aşkar Türkiyəyə qarşı öz qərəzli mövqeyini ifadə edir.

- Sizcə, son bu hadisələr Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına necə təsir edir?

- Təbii ki, bütün bunlar mənfi təsirlərdir. Onlar dərk etməlidirlər ki, regionda ən güclü ölkə Azərbaycandır. Sülhdən danışırıqsa, bu, hər iki tərəfdən, xüsusilə Azərbaycandan asılıdır. Azərbaycan vaxtilə də təşəbbüs irəli sürüb. Ümumiyyətlə, onlar vasitəçi olmaq istəyirlər. Vasitəçi neytral olmalıdır. Burada neytrallıq yoxdur. Bütün bunlar təbii ki, mənfi təsir göstərir. Amma son günlərdə görürük ki, Azərbaycan hər hansı vasitəçi olmadan Ermənistanla görüşmək üçün yenə də müraciət edib. Görək ermənilər nə cavab verirlər. Proqnozlaşdırmaq çətindir, amma aydındır ki, nə Fransanın, nə ABŞ-ın hazırda regionda bir konstruktiv siyasəti yoxdur.

- Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla danışıqlarda iştirak etməyə hazır olduğunu açıqlayıb. Sizcə, bu ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması mümkündürmü? İlin sonuna qədər olmasa da, yaxın aylarda sülh müqaviləsi imzalana bilərmi?

- Biz keçən il də onu gözləyirdik ki, bu sülh müqaviləsi imzalanacaq, belə fikirlər var idi. Hətta may ayında Paşinyan artıq etiraf etdi ki, Qarabağ Azərbaycandır. Bu sülhün Kişineu Zirvə toplantısı zamanı imzalanacağı da deyilirdi. Hətta mən fikirləşirdim, bu proses bir az tez gedəcək. Hadisələr göstərir ki, Ermənistanla bağlı ümumiyyətlə, hər hansı bir proqnoz etmək çox çətindir. Niyə? Ona görə ki, müstəqil bir dövlət deyil, müstəqil siyasət aparmır, həmişə özü üçün müəyyən bir arxa tapmağa çalışır. O arxa, geosiyasi qüvvələr də nə deyirsə, onu eləyir. Əvvəl bu Moskva idisə, indi Vaşinqton, Parisdir. Ona görə də biz Ermənistanla nəyə isə nail olacağıq, ya yox, bunu demək çətindir.

BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir -  MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib