28 MART
1992-ci il. Azərbaycan Suriya ilə diplomatik əlaqələr qurub.

1919-cu il. Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ulu öndər Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, bu tarix Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan edilib.

1797-ci il. İlk paltaryuyan maşın patentləşdirilib. Taxta yeşik və hərəkət edən çərçivədən ibarət bu qurğudan sonra 1851-ci ildə yenə də ABŞ-da Ceyms Kinq tərəfindən artıq fırlanan barabanı olan maşın icad edilib.

1803-cü il. Fransada kağız pullar ləğv edilərək pul vahidi 5 qramlıq gümüş frank təsdiq edilib.

1868-ci il. Rus proletar yazıçısı Maksim Qorkinin doğum günüdür (1868-1936). Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Maksim Qorki Bakıda olarkən paytaxtımızı Neapola bənzədib.