Azərbaycan Dövlət İnformasiya Agentliyi

28 May – Respublika Günü münasibətilə Rumıniyada qəbul təşkil edilib VİDEO

Buxarest, 28 may, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbirdə Rumıniya Baş Nazirinin müavini xanım Ana Birçall, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor-Paul Dobre, dövlət qurumlarının məsul şəxsləri, parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qonaqları salamlayaraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarana tarixindən, qısa dövr ərzində keçdiyi inkişaf prosesindən, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlardan danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributlarına sahib olduğunu qeyd edən diplomat həmçinin, ölkəmizdə ilk dəfə Xarici İşlər Nazirliyinin də o dövrdə yaradıldığını vurğulayıb.

Diplomat Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik islahatçı və tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb.

H.Nəcəfov Azərbaycanda sosial-iqtisadi inkişafın bariz nümunəsi olaraq, cari il aprelin 6-da ölkəmiz üçün əlamətdar hadisənin baş verdiyini, Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəldiyini qeyd edib. Səfir, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunmasına, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, ölkəmizin iqtisadi, siyasi, sosial və diplomatiya sahəsində önəmli uğurlar əldə etdiyini nəzərə çatdırıb. H.Nəcəfov qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu və Azərbaycan-Rumıniya münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. Bu il ölkələrimizin Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanmasının 10-cu ildönümünü qeyd etdiyini bildirən H.Nəcəfov, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Sonra fəxri qonaq qismində Rumıniya Baş Nazirinin müavini xanım Ana Birçall çıxış edib.

Ana Birçall Rumıniya Baş Naziri xanım Viorika Dançilanın adından Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrə toxunan A.Birçall, Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, bir neçə ay sonra isə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu bildirib. Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin inkişafından bəhs edən Baş Nazirin müavini, cari il martın 4-də Buxarest şəhərində keçirilmiş Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzrə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistanın xarici işlər nazirlərinin dördtərəfli görüşünü yüksək qiymətləndirib.

A.Birçall, eyni zamanda, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətini ölkələr arasında sözügedən sahələr üzrə əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. A.Birçall enerji, nəqliyyat, turizm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin Rumıniya hökuməti qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Dəfələrlə Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olduğunu, Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla qeyd edən Ana Birçall bunu ölkələrimiz arasında dost münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. O, Azərbaycanın Rumıniyanın 14 Strateji Tərəfdaşından biri olduğunu bildirərək ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 100 iliyinə həsr olunmuş buraxılışı və rumın dilində ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı müxtəlif kitablar və broşürlər qonaqlaratəqdim olunub. Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

28 May – Respublika Günü münasibətilə Rumıniyada qəbul təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb

Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar - ŞƏRH

Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

Rejissor Aynur Zərrintac: Ölkədə mədəniyyətin və incəsənətinin inkişafında özəl teatrların rolu son dərəcə vacibdir

Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir

Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Məşhur rəssam Devid Hokni vəfat edib

Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib

“Şirvan Aqro”: İlin sonunadək südlük istiqamətdə inək və düyələrin sayının 3200 başa çatdırılması planlaşdırılır

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Azərbaycan-Türkiyə münasibətləri "ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır Rəy

Fransada inflyasiya artıb

İsveç Müdafiə Komitəsi Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma riskindən danışıb

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq

Ərzaq təhlükəsizliyinin təminatında 2026-2030-cu illər Dövlət Proqramının rolu: yeni çağırışlar və hədəflər

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır ŞƏRH

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO

ADSEA rəsmisi: Müasir suvarma texnologiyalarının tətbiqi sahəsinin 300 min hektara çatdırılması nəzərdə tutulur

İlham Bayramov: Aqrar sektorun gələcək inkişafı su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə ilə təmin edilməlidir

Külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

Kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinə icazə veriləcək

Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb

Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir

Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı açıqlanıb

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Ağdaşda regional müşavirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunub - YENİLƏNİB VİDEO

Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcə həddini keçə biləcəyi proqnozlaşdırılır

Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir

ADSEA: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir

Azərbaycan “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulur

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Nazir: Balıqçılıq sahəsinin inkişafı ölkədə yeni istehsal zəncirinin formalaşmasına töhfə verəcək

Böyük Britaniya əhalisinin yarısı “Brexit” üzrə ikinci referendumun keçirilməsini istəyir

Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Türk siyasi şərhçi: Şuşa Bəyannaməsi ortaq geosiyasi baxışı hüquqi müstəviyə daşıyıb

İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub

® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək

Müstəqilliyimizin memarı!!!

Qarabağ və Şərqi Zəngəzurda 6876 hektar sahədə 43 investisiya layihəsi icra olunur