Petru Antone Tomasi: Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik VİDEO
Bastiya, 3 mart, AZƏRTAC
Budəfəki etiraz aksiyası keçmiş siyasi məhbusları bir araya gətirən “Patriotti” kollektivi və siyasi dustaqları müdafiə edən “Associu Sulidarita” assosiasiyaları tərəfindən təşkil olunub. Bu assosiasiyalar Fransa həbsxanalarında siyasi baxışlarına görə saxlanılan korsikalı məhbuslara dəstək nümayiş etdirirlər. Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bastiyada korsikalı məhbuslara dəstək üçün keçirilən etiraz nümayişində “Nazione” partiyasının sözçüsü Petru Antone Tomasi deyib.
O qeyd edib ki, siyasi məhbusları dəstəkləyən bu iki assosiasiya Fransa repressiyalarına etirazlarını bildirirlər. bildirib ki, bu repressiyalar əsasən müstəqillik tərəfdarlarını hədəfə alır.
“Həmçinin bu assosiasiyalar Korsika xalqının Fransa dövləti tərəfindən rədd edilən və tapdalanan hüquqlarının tanınması üçün aksiya keçirirlər. Aksiyada “Repressiyaya son!”, “Korsika xalqının hüquqları uğrunda!”, “Siyasi həll tapılsın!”, “Fransa dövləti, Korsikadan çıx!” kimi şüarlar səsləndirildi”, - deyə o əlavə edib.