Tural Gəncəliyev: Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq VİDEO

Bakı, 8 mart, AZƏRTAC
Erməni diasporu kilsələrdən manipulyasiya vasitəsi kimi istifadə edir. Bəziləri islamofobiyadan, Azərbaycan və Türkiyə əleyhinə danışaraq bu “xidmətləri” sayəsində vəzifələrə təyin olunurlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda aralıq sessiyada söyləyib.
Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkdiyini, mədəni, tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdıran T.Gəncəliyev deyib: “Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq. Fransada Qarabağ xanının qızı Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalması islamofobiyadan danışanların iç üzünü göstərir”.
Deputat islamofobiya ilə mübarizədə “siyasi vaksin”in mövcudluğunu da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [12:56]
Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub
- 21.04.2025 [11:32]