29 İYUN
![]() |
2011-ci il. Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib. 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkili üçün şərait yaradılıb. |
![]() |
2011-ci il. Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışı olub. Paytaxt metrosunun sayca 23-cü stansiyası olan “Dərnəgül” “Azadlıq prospekti” stansiyasının davamı olaraq, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilib və 7-ci mikrorayon yaşayış massivini əhatə edir. |
![]() |
1925-ci il. İtaliyanın 11-ci Prezidenti (2006-2015), jurnalist və siyasətçi Ciorcio Napolitano anadan olub. |
![]() |
2007-ci il. “Apple Inc.” şirkəti ilk “iPhone” smartfonlarını istehsal edib. |
![]() |
1978-ci il. Amerikalı məşhur müğənni və aktrisa Nikol Şerzinger anadan olub |




