300 MİN NƏFƏRƏ YAXIN MƏCBURİ KÖÇKÜN ƏRZAQ YARDIMI ALIR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda ölkəmizin 49 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 300 minə yaxın məcburi köçkünə ərzaq yardımı göstərilir. 23 rayon və şəhərdə məskunlaşmış 130 min nəfər BMT-nin Ümumdünya Ərzaq Proqramının, qalanları isə dövlət büdcəsi hesabına nəzərdə tutulmuş qaydada ərzaq yardımı alır.