FHN: Həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edilib VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən şənbə və bazar günləri ərzində, ümumilikdə, 97 halda yanğına çıxış, 14 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.
Ümumilikdə, nazirliyin qüvvələri həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfəri xilas edib, 5 nəfərin cəsədini aidiyyəti üzrə təhvil veriblər.