Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Səadət Fərzəliyeva: Həmişə arzulamışam ki, nənəmin sənətini davam etdirim və xalça toxuyum

Bakı, 5 iyul, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın sənətkarları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Quba şəhərində yaşayan xalça ustası Səadət Fərzəliyevadır.

Səadət xanım 1995-ci ildən “Qədim Quba” özəl xalça MMC-də çalışır, dəfələrlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Həmsöhbətimizin həyatı sənətə həvəsin və qabiliyyətin irsən ötürülə biləcəyinin bariz nümunəsidir. O deyir: “Nənəm xalça toxuyurdu və həmişə onun sənətini davam etdirməyi, bu işlə məşğul olmağı arzulamışam. Uşaqlıq illərində xalçanın toxunması prosesini izləmişəm, onun rəngləri, naxışları ilə maraqlanmışam”.

Məktəbi bitirən Səadət xanım xalçaçılıq sənətini öyrənmək qərarına gəlir və bu gün də çalışdığı müəssisədə işə düzəlir. O qeyd edir: “Altı ay ərzində təhsil aldıqdan sonra məni xalça ustası vəzifəsinə qəbul etdilər və hazırda burada çalışmağa davam edirəm”.

Həmsöhbətimiz bildirir ki, xalçanı toxumazdan əvvəl onun ölçülərini nəzərə almaq lazımdır: “Adətən usta bir kvadratmetri, bəzən isə 0,8 və ya 0,6 kvadratmetri bir ay müddətində toxuya bilir. Bu, onun əllərinin çevikliyindən asılıdır. Yəni, təxminən bir metr eni və iki metr uzunu olan xalçanın toxunmasını 3-4 aya başa çatdırmaq mümkündür”.

Xalçatoxuma istedad, riyazi hesablamalar aparmaq bacarığı və təmkin tələb edir. Usta deyir: “Sənətimiz diqqət və dəqiqlik tələb edir. Bizim üçün xalça toxumaq çətin iş deyil, amma bəzi insanlar bunu mürəkkəb proses hesab edirlər. Hər şey maraqdan və insanın zövqündən asılıdır”.

Səadət xanımın sözlərinə görə, toxuduğu xalçanı görəndə, habelə tərif və heyranlıq sözləri eşidəndə, bu məhsulun onun yaradıcılığının bəhrəsi olması ilə fəxr edir: “Sənətini sevən hər kəs işinin nəticəsi ilə fəxr etməlidir, mən də istisna deyiləm”.

Söhbətdə “Qədim Quba” özəl xalça MMC-nin direktoru Humayə Məmmədova da iştirak edir.

Direktor deyir: “Rayonumuz bütün dünyada almaları və xalçaları ilə məşhurdur. Xalçaçılıq qubalıların xalq sənətidir, onun tarixi əsrlərə gedib çıxır. Xalçalarımız incəliyi, sıxlığı, kiçik elementləri, çoxlu rəng çalarları və unikal naxışları ilə seçilir”.

Humayə xanımın dediyi kimi, Qubada xalçaların adları onların yarandığı yerlərlə bağlıdır.

“Məsələn, Çiçi kəndində xalçalar “Çiçəkli Çiçi”, “Alçagül Çiçi”, “Xırdagül Çiçi”, həmçinin Alpan, Cimi kimi kəndlərin adlarını daşıyır”, -deyə Humayə xanım sadalayır.

“Qədim Quba” özəl xalça MMC-nin direktoru qubalıların adət-ənənəsindən də danışıb: “Qubada belə bir adət var - ailə quran qız cehiz kimi özü ilə əl işi xalça götürməlidir”.

Lakin Humayə xanımın qeyd etdiyi kimi, son illər gənclərin xalçaçılığa marağı xeyli azalıb.

“1990-cı illərdə bu sənəti öyrənməyə çoxlu qızlar gəlirdi, lakin son 12 il ərzində vəziyyət dəyişib”, -deyə direktor əlavə edir.

Həmsöhbətimiz xalçaların həm yerli sakinlər, həm də əcnəbilər tərəfindən bəyənildiyi qənaətindədir: “Turistlər bizə gəlir, ustalarımızın işinə baxır, onların toxuduqları xalçalara heyran olurlar”.

Direktor, həmçinin bu sənətin əhəmiyyətini qeyd edib: “Xalçaçılıq tariximizi, mədəniyyətimizi yaşadan, əcdadlarımızın məharətini nəsildən-nəslə ötürən, böyük zəhmət və səbir tələb edən sənətdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb

Nazir müavini: Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir

Səməd Bəşirli: 2020–2025-ci illər ərzində Azərbaycanda ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb

Suriya ABŞ şirkətləri ilə qaz yataqlarının işlənməsi sahəsində müqavilə imzalayıb

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir

Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub

UNEC tələbələrinin 96 faizi Aptis imtahanında uğur qazanıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

Bu ilin ilk 5 ayı ərzində Energetika Nazirliyinə 5600-ə yaxın vətəndaş müraciəti daxil olub

Bolqarıstan çimərlik sularının keyfiyyətinə görə Aİ-də üçüncü olub

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın Şurasının 4-cü sessiyasında təmsil olunub

Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var

“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

“İRS” layihəsinin təqdimatı olub

Nazir müavini: Qlobal maliyyə institutları ilə fəal əməkdaşlıq Azərbaycanı regional ticarət üçün etibarlı platformaya çevirib

®  “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

® “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

BMU-da tələbələr üçün real sənaye təcrübəsi yaradan laboratoriya imkanları genişləndirilir

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir

Rəşad Həsənov: Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək istiqamətində hədəflərini gücləndirir

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

“Milli nəğmələr” kitabı 107 il sonra yenidən nəşr olunub

Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir

Edinyo: Ronaldu ilə söhbətimdə onun dünya çempionatı üçün necə böyük məsuliyyət daşıdığını gördüm - EKSKLÜZİV MÜSAHİBƏ

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur

FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi

UNITAR rəsmisi: İnnovasiya müasir inkişaf gündəliyinin əsas sütunlarından biridir

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir

Azərbaycanlı alimin portreti

Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir - ŞƏRH

® “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB

ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alan azərbaycanlı gənc

Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpasını milli ideyanın təcəssümü kimi qiymətləndiririk

İƏT Komissiyasının İcraçı direktoru: Azərbaycan qlobal toplantıların keçirildiyi beynəlxalq mərkəzə çevrilib - EKSKLÜZİV

Xalq artisti Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

Hadi bin Əli əl-Yami: İslam İnkişaf Bankının bütün İslam dünyasında göstərdiyi səylər danılmazdır

İspaniyada dünya çempionatı ilə bağlı 66 mindən çox saxta futbol forması müsadirə olunub

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Əmək Məcəlləsinə dəyişiklik edilir

Magistraturaya qəbulun qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

İranla sazişə 300 milyard dollarlıq fond daxildir

Azərbaycan və Türkiyə alimləri iki qardaş ölkənin iqtisadi tərəfdaşlığını təhlil ediblər

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur

Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar

Çempionlar Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilir

Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət

Azərbaycan Böyük Dəbilqə turnirində 17 cüdoçu ilə təmsil olunacaq

Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı təşkil olunub

Fond: Beş il ərzində 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib

Günvurma zamanı nə etməli və nə etməməli?

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Cografiyaşünas-alim: Azərbaycanda yüksək temperatur təbii iqlim prosesidir

Xiyabanlarda tərənnüm edilən dostluq: Daşkənddəki Heydər Əliyev parkında gəzinti - REPORTAJ

“Real Madrid” Bernardu Silvanı transfer edib

Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

Yaponiya MERCOSUR ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir - ŞƏRH

Neymar fərdi məşqlərə başlayıb

Fond: Ötən 5 ildə tələbə kreditləri proqramı üzrə 80 milyon manatdan artıq vəsait xərclənib

Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının növbəti nömrəsi nəşr edilib

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

TTKF üzrə yüzlərlə tələbəyə güzəşt tətbiq olunub

Ötən beş ildə Təhsil Tələbə Krediti Fonduna 101 mindən çox müraciət daxil olub

Orxan Zeynalov: Azərbaycan regional enerji və rəqəmsal dəhlizlərin formalaşmasında mühüm rol oynayır

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

İndoneziyada Levotobi vulkanı altı dəfə püskürüb

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq

Abşeron çimərliklərində hava necə olacaq?

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım VİDEO

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım VİDEO

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

AZPROMO: Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib

Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

Çində ilk Qlobal İdarəetmə Forumu keçiriləcək

Şavkat Mirziyoyev: Biz Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk

Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub

Vüqar Nadirov: “Qarabağ”ın Avropa Liqasında daha da irəli gedəcəyinə inanıram

Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyində və yaşıl keçiddə regional rolunu gücləndirir