Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Tariximizin qanla yazılmış səhifələri

Naxçıvan, 30 mart (AZƏRTAC). XIX əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi və dövlətlərinin yaradılması ideyası I Pyotrdan başlayır. Rusiya ilə İran arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmış, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə səbəb olmuşdur. 1828-ci ildə təqribən 4 ay ərzində İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8 min 249 erməni ailəsi, yəni 40 min nəfər erməni köçürülmüşdür. Bir qədər sonra isə Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min erməninin köçürülməsi həyata keçirilmişdir.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə xeyli azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında 1828-ci ildə “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, faciələrə düçar olunması siyasətinin əsası qoyulmuşdur. Qeyd etmək lazımdır ki, ermənilərin köçürülməsi başa çatdıqdan sonra “Erməni vilayəti”ndə olan 1125 kəndin 1111-də azərbaycanlılar yaşayırdı.

Əzəli Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər öz havadarlarının köməyi ilə zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. XX əsrin əvvəlində, 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında kütləvi qırğınlar törədilmişdir. Görkəmli yazıçı Məmməd Səid Ordubadi “Qanlı illər” və Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin dövrdə Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox kənd dağıdılmışdır. 1905-1907-ci illər faciəsi xalqımıza qarşı törədilən soyqırımın ilk mütəşəkkil mərhələsi olmuşdur.

Azərbaycanlıların 1918-ci ilin mart soyqırımı bəşər tarixində ən qanlı və misli görünməmiş faciələrdən biridir. Sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirən erməni daşnakları 1918-ci ilin mart ayının 30-31-i və aprelin 1-də bolşevik Rusiyasının hərbi yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində dəhşətli soyqırımı aktı həyata keçirmişlər. 3 gün ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri S.Şaumyan tərəfindən müdafiə edilən və istiqamətləndirilən ermənilər Bakı şəhərində 15 mindən artıq azərbaycanlını qətlə yetirmişlər.

1918-ci ilin mart, aprel və may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Göyçayda, Salyanda və Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən çox soydaşımızı qətlə yetirmişlər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda və Naxçıvanda daha amansız şəkil almışdır.

1918-1920-ci illərdə ermənilər Qarabağda 157, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Şamaxıda 58, Qubada 122, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118 kəndi viran qoymuş, əhaliyə qanlı divan tutmuşlar. O illərdə Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.

Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər. Naxçıvan ərazisi hərbi andına xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar edir, əhaliyə divan tutur, qadınları, uşaqları, qocaları belə öldürür, heç kimə rəhm etmirdilər. İlin birinci yarısında ermənilər Naxçıvanda xeyli yaşayış məskənini yandırıb məhv etmiş, əhalisini qılıncdan keçirmişlər.

1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik qərbə doğru irəliləyərək Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qırmışdır. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Dövri mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranik Gilançay və Əlincəçay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür.

Nehrəm kəndinə və Naxçıvan şəhərinə uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə Sirab dərəsi adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Həmin vaxt yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki üç məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Bir sıra kəndlərdə yandırılmış məscidlərin bir çoxu hələ də xaraba vəziyyətdə tarixin qanlı yadigarı kimi saxlanmaqdadır. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, on minlərlə insanın həyatına son qoyulmuşdur. Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı iki il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişdir. Naxçıvanlılar öz gücü ilə erməni işğalının qarşısını almış, Azərbaycanla bir olmaq üçün mübarizə aparmışlar. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiyi şücaəti belə xarakterizə etmişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar”.

Ötən əsrdə ermənilər tərəfindən aparılan soyqırımı və deportasiya siyasəti nəticəsində Ermənistan türksüz bir əraziyə çevrilmiş, azərbaycanlılar ata-baba torpaqlarından qovularaq didərgin salınmışlar. XX əsrin sonlarında iri dövlətlər tərəfindən himayə edilən Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı soyqırımını törətmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

Sovet hakimiyyəti illərində bu hadisələr xalqa zorla unutdurulmuş, həmin dövrdə baş verən faciələrin obyektiv tədqiqinə yasaq qoyulmuş, faciənin əsl mahiyyəti təhrif olunaraq elmi ədəbiyyatlarda “vətəndaş müharibəsi” adı altında pərdələnmiş, xalqımızın tarixi saxtalaşdırılmışdır. Bu hadisələrin əsl mahiyyətini ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açmaq mümkün olmuşdur. Ulu öndərimizin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir. Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcəkdir. Həmin fərmana uyğun olaraq hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Ümummilli liderimizin 2000-ci ildə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətində deyilir: “Azərbaycan xalqının tarixində artıq soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. Bu gün soyqırımı və deportasiya hadisələrinin xronoloji ardıcıllıqla yaddaşımızda bərpası faciələrimizin miqyasını və dəhşətlərini hərtərəfli hiss etməyə imkan verir. Xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir”.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilir.

İnanırıq ki, haqq-ədalətin yerini tapacağı, dünya ictimaiyyətinin və erməni xalqının Ermənistanın bugünkü işğalçı və təcavüzkar siyasətinə yox deyəcəyi, neçə ildir ki, bütün Qafqazda yaşayan hər bir insana öz mənfi təsirini göstərmiş münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunacağı gün uzaqda deyildir.

Rabil Kətanov

АzərТAc-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər