“Embraer 190” təyyarəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvünün cənazəsi Bakıya gətirilib VİDEO
Bakı, 28 dekabr, AZƏRTAC
“Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının nəşi Aktaudan Bakıya gətirilib.
AZƏRTAC xəbər verir ki, gətirilən 24 cənazədən 3-ü ekipaj üzvlərinə, 21-i isə sərnişinlərə aiddir.
Xatırladaq ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.